Xəbər lenti

Prezidentin yeni avtomobili - FOTO
Ekonomiks15:56 20.01.2014

Prezidentin yeni avtomobili - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyada “Kortej” layihəsi çərçivəsində ölkənin birinci şəxsi üçün hazırlanan avtomobilin ilk görüntüləri yayılıb. 

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, şəkillər koribut adlı istifadəçinin “Instagram” səhifəsində yerləşdirilib. 

Fotolarda Marussia L2 ilə yanaşı Marussia F2-nin görüntüləri də yer alıb. Lakin hələlik yayılan fotoların layihə çərçivəsində hazırlanan maketlər olduğuna dair rəsmi açıqlama verilməyib. 

Qeyd edək ki, bundan əvvəl bəzi Rusiya rəsmiləri birinci şəxs üçün nəzərdə tutulan avtomobilin nümunələrinin 2014-cü ilin əvvəlində təqdim ediləcəyini bildirmişdi.

Həmçinin bu maşınları sıravi vətəndaşların da ala biləcəyi vurğulanmışdı. 

Qaynar.info