Xəbər lenti

Prezidentlər Bakıya gəldi - FOTOLAR
Ölkə06:59 12.06.2015

Prezidentlər Bakıya gəldi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün iyunun 12-də Azərbaycana gəlib. 

Qaynar.info AzərTac-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkmənistan Prezidentini Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.

***

Tacikistan Prezidenti Emoməli Rəhmon birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün bu gün Azərbaycana gəlib.

Qaynar.info AzərTac-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Tacikistan Respublikasının Prezidentini Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.

Qaynar.info