Siyasət 12:40 26.05.2022

Prezidentlər “Texnofest"i ziyarət edəcək

Mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Texnofest Azərbaycan” festivalını ziyarət edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə bu gün "Texnofest Azərbaycan" festivalında Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank bildirib.

Mustafa Varank qeyd edib ki, bu festival iki xalqın, iki dövlətin qardaşlığının növbəti bariz nümunəsidir.