Xəbər lenti

Prezidentlərin sevgililəri - FOTOLAR
Dünya08:02 31.07.2014

Prezidentlərin sevgililəri - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir zamanlar bütün dünyanın diqqət mərkəzinə düşən Monika Levinski 10 ilkeçdikdən sonra ilk dəfə müsahibə verib.

Anspress-in məlumatına görə,maraqlı açıqlamalar verən xanım, Klinton ilə olan münasibətinə görəpeşman olduğunu, əlaqələrinin razılaşma yolu ilə gerçəkləşdiyini vəbundan alçalan yeganə insan olduğunu deyib.

Hər zaman kölgədə olan, buna baxmayaraq məşhur siyasətçilərin həyatlarında böyük rolları olan qadınları sizə təqdim edirik:

Karla Bruni və Nikolya Sorkazi.
Cütlük 2007-ci ildə tanış olub, Fransa prezidenti bu ərəfədə həyatyoldaşı ilə boşanıb, bir neçə ay sonra isə Bruni ilə ailə həyatı qurub.Onların toyu 2008-ci il fevral ayının 2-də baş tutub.


Ötən ilin fevral ayında "Closer" dərgisi Fransanın yeni prezidentiFransua Ollandın aktrisa Juli Qaye ilə olan romanından məqalə dərc edib.Məqalədə cütlüyün sevgisini sübuta yetirən fotolar da yer alıb.Prezident öz növbəsində bunu etiraf edib və bildirib ki, vətəndaşnikahında olduğu Valeri Trieyverlerlə münasibətləri yaxşı deyil.


Qrasa Simbine və Nelson Mandela. Qrasa dünyada yeganə qadındır ki, ikimüxtəlif dövlətin birinci xanımı olmağa nail olub. O, ilk həyat yoldaşıMozambikin prezidenti Samor Maşel ilə 1975-ci ildə ailə həyatı qurub.1986-cı ildə Mişel yol qəzasında vəfat edənə qədər evliliyi davam edib.1998-ci ildə isə 52 yaşlı Simbine 80 yaşlı Mandelaya ərə gedib.


Merilin Manro və Con Kennedi.
Bu cütlük insanların ən çox sevdikləri qəhrəmanlardandır. Məlumdur ki,cazibədar aktrisa ABŞ prezidentliyə namizədlə 1960-cı ildə Taxodaistirahət edərkən tanış olub. O zamanlar Merilinin daha çox Conunqardaşı Robertdən xoşu gəldiyi deyilir. Aktrisa və Conun münasibətləri1961-ci ilin oktyabrında, o, prezident olduqdan sonra başlayıb. Cütlüyünmünasibəti çoxlarını narahat edirdi. Bəziləri isə deyirdilər ki,prezidentin yanında olan və həddən artıq spirtli içki qəbul edən qadındövlət üçün təhlükəlidir. Merlin və Con Kerrinin münasibəti çox uzunçəkməyib. Bir çoxları aktrisanın ölümündə məhz Conu günahlandırır.Merlin Manro 1962-ci il avqustun 4-də öz evində ölü tapılıb.


Vera Beyker və Barak Obama.
ABŞ prezidentinin keçmiş sürücüsü müsahibə verərək bildirib ki, Obama ənazı 1 dəfə həyat yoldaşına xəyanət edib. O, bildirib ki, 2004-cü ildə29 yaşlı köməkçisi Bera Beykerlə görüşüb. Bu münasibətdən xəbər tutanMişel Obama onların bir daha bir araya gəlməməsi üçün əlindən gələniedib.


Alina Kabayeva və Vladimir Putin.
Yerli və xarici mətbuatda Rusiya prezidentinin dövlət dumasınındeputatı, gimnast Alina ilə olan münasibətlərindən yazılıb. Cütlüyünhətta övladlarının olduğu barədə də xəbər verilir. Kabayevanın Putindəniki övlad dünyaya gətirdiyi yazılsa da, deyilənlər sübuta yetirilməyib.

Qaynar.info