Xəbər lenti

Professor nüvə silahına görə 1 illik həbs edildi
Dünya10:56 21.06.2014

Professor nüvə silahına görə 1 illik həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İranlı professor ölkəsinin nüvə siyasətini tənqid etdiyi üçün həbs olunduğunu bildirir. 

Axar.az xəbər verir ki, bu barədə “Foks Nyus” (“Fox News”) agentliyi məlumat yayıb. Məlumata görə, Tehran Universitetinin siyasi elmlər üzrə professoru Sadiq Zibakalam ölkənin nüvə siyasətini tənqid etdiyi üçün 1 il müddətində həbsə məhkum edilib. 

Yanvar ayında avropalı jurnalistlərdən birinə müsahibə verən professor ölkənin nüvə siyasətini tənqid edib. Bundan sonra onun haqqında tədqiqat başlanıb. Alim ötən gün profilində “Nüvə proqramının ölkə üçün faydası nədir?” sualına sərt tənqidi cavab verdiyi üçün həbsə məhkum ediləcəyini yazıb. 

O, həmçinin may ayında edam edilmiş iranlı milyarderin istintaq prosesində yalan danışmaqda ittiham edildiyi və prokurorun ona hakimdən 6 ay həbs istədiyini qeyd edib. 

Xatırladaq ki, 66 yaşlı professor Sadiq Zibakalam siyasi baxışına görə liberal demokratdır.