Xəbər lenti

Prokuror avtomobil qəzasına düşdü
Ölkə07:19 28.11.2013

Prokuror avtomobil qəzasına düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tovuz rayonunda baş vermiş yol qəzasında prokuror xəsarət alıb.

Qaynar.info
azvision.az-a istinadən verdiyi məlumata görə, bu barədə rayon prokurorluğundan bildirilib. Məlumata görə, hadisə dünən saat 20 radələrində baş verib.

Rayonun Aşağı Quşçu kəndi ərazisində üzü Bakı şəhəri istiqamətində hərəkətdə olan sürücü “Mercedes” markalı maşınla Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafıəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, hüquqşünas Pərviz Mirhəşimovun idarə etdiyi «Mercedes E class» markalı avtomobil toqquşub.

Hadisə nəticəsində P.Mirhəşimovun xəsarət alıb. Rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, faktla bağlı araşdırma aparılır.

Qaynar.info