1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü Lənkəranda da qeyd edilib.
Qaynarinfo.Az xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, prokurorluq işçiləri Heydər Əliyev Xatirə parkına gələrək mərhum prezidentin abidəsini ziyarət ediblər.
Sonra Lənkəran rayon prokurorluğunda bayram tədbiri keçirilib. Rayon prokuroru Elçin Məmmədov kollektivi təbrik edib, prokurorluq orqanlarının keçdiyi şərəfli yoldan danışıb.
Sonda hüquq-mühafizə orqanlarının rəhbərləri və prokurorluğun əməkdaşları təbriklərini söyləyiblər.
Qaynarinfo.Az