Nyu-York Prokurorluğunun Cənub Bölgəsi üzrə Baş ofisinin mətbuat katibi Ceyms Marqolin bu yaxınlarda ABŞ-da həbs olunan iş adamı Rza Zərrabın Mayamidən Nyu-Yorka nəqlinin detallarını açıqlayıb.
Qaynar.info publika.az-a istinadən xəbər verir ki, Rza Zərrab Nyu-York həbsxanasına avtobusla aparılacaq. Bundan əlavə, Rza Zərrab Nyu-Yorka aparılanadək 4 fərqli həbsxanada saxlanılacaq.
Ceyms Marqolin deyib ki, Rza Zərrabın Nyu-Yorka nəql edilməsi prosesi 2 həftə davam edə bilər.
Qaynar.info