Xəbər lenti

Psixiatr Putindən xahiş etdi: “Cinsi dəyişdirməyi qadağan edən qanunu imzalamayın”
Dünya11:59 17.07.2023

Psixiatr Putindən xahiş etdi: “Cinsi dəyişdirməyi qadağan edən qanunu imzalamayın”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Psixiatriya professoru, tibb elmləri doktoru Aleksandr Kotsyubinski Rusiya prezidenti Vladimir Putinə 14 iyulda Dövlət Dumasının üçüncü sessiyasında qəbul etdiyi cinsiyyətin dəyişdirilməsinə qadağa haqqında qanunun qüvvəyə minməsi prosesinin dayandırılması xahişi ilə məktub göndərib. 
Qaynarinfo xəbər verir ki, rrofessorun sözlərinə görə, bu qanun "şəxsiyyət pozğunluğundan - transgenderdən (transsessuallıq) əziyyət çəkən insanların” sağlamlığı və hətta həyatı üçün təhlükə yaradır.
"Transseksuallığın bir xüsusiyyəti, bir çox digər şəxsiyyət pozğunluqları kimi, bu fenomenin də sözün ənənəvi mənasında "müalicə" üçün uyğun olmamasıdır: "Həb qəbul etdim - yaxşılaşdım, həkim məsləhətləşməsinə getdim və hər şey düzəldi”, - Aleksandr Kotsyubinski qeyd edib. O izah edib ki, real və uydurma deyilən, nüvə transseksuallığı "insanda erkən uşaqlıqdan başlayaraq öz bədənindən imtina vəziyyətində ağrılı təcrübə yaradan” "ömürlük şəxsiyyət xüsusiyyətidir”.
Professorun sözlərinə görə, "bu pozğunluğun yaratdığı iztirabları minimuma endirmək üçün yalnız cinsi korreksiya, o cümlədən hormonal-cərrahi vasitələrlə həyata keçirmək mümkündür”. "Əlbəttə, bütün bunlar tam hüquqlu psixiatrik müayinədən sonra və yalnız yetkinlik dövründə, insan cinsi və psixoloji özünüidentifikasiyanın bütün mərhələlərini keçəndən sonra baş verməlidir", - psixiatr deyib.
Onun fikrincə, cinsin dəyişdirilməsinə qadağa qoyulması qərarı "transgender fenomeninin tam elmi olmayan anlayışına” əsaslanır. Bununla bağlı psixiatriya professoru qanunun qüvvəyə minməməsi üçün prezidentdən "əlindən gələn hər şeyi” etməyi xahiş edib.
Alpər