Xəbər lenti

PSJ Mbappeni satışa çıxardı
İdman06:19 22.07.2023

PSJ Mbappeni satışa çıxardı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
PSJ-də gələcəyi hər zaman gündəmdə olan Kilian Mbappe klubun Yaponiyadakı təlim-məşq toplanışına aparılmayıb. 
Qaynarinfo-nun məlumatına görə, Liqa 1 təmsilçisi mövsümöncəsi böhran yaşayır. "Real"ın heyətinə qatmaq istədiyi hücumçunun PSJ ilə 2024-cü ilin yayına qədər müqaviləsi olsa da, 24 yaşlı ulduz klubu daha tez tərk etmək niyyətindədir. Bu səbəbdən PSJ Mbappeni Yaponiyadakı düşərgənin heyətinə daxil etməyib.
"L'Equipe"də yer alan xəbərə görə, Mbappenin "Real"la 2024-cü il üçün müqaviləsi olduğuna inanan PSJ-nin onu satmaq istəyir. 
"El Pais"ə görə, Mbappe PSJ ilə müqaviləsindəki bənd sayəsində 2023-2024 mövsümünü klubda başa vurarsa, 68 milyon funt-sterlinq məbləğində sadiqlik bonusu qazanacaq.
Səbuhi Həsənov