Xəbər lenti

PSJ-nin sabiq futbolçusu: "Messi saxtakardır"
İdman09:04 11.03.2022

PSJ-nin sabiq futbolçusu: "Messi saxtakardır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çempionlar Liqasında Madrid "Real"ına məğlub olan PSJ-nin futbolçuları Messi ilə Neymar tənqid edilib.
Qaynarinfo xəbər verir ki, PSJ-nin sabiq ulduzu Jerom Roten fikirlərini bildirərkən məhz adı çəkilən futbolçuları hədəfə alıb. "RMC Sport"da şərhçi kimi fəaliyyət göstərən Roten  Messini "saxtakar" adlandırıb.
"Saxtakar"! Bunu Messiyə dediyimə görə utanıram. Bu məğlubiyyətə görə Messi və Neymar cavabdehdir! Məsuliyyəti öz üzərlərinə götürməli idilər. Onlar klubun fiqurlarıdır, Leonardo onları bunun üçün götürüb. Hər iki oyunda təhlükə yaradan yeganə şəxs Mbappe idi. Gəldiyi gündən bəri etdiyi saxtakarlıqlar... Leo haqqında bunu deməyə utanıram, amma həqiqətdir.  Digəri isə bütü topları itirirdi. "Digər"i deyirəm, çünki oyun adını çəkmək məni narahat edir. Onun komandada olması zarafat kimidir. O, PSJ-dəki oyunçuların 50 faizindən daha zəifdir. O, orada olduğu müddətdə bəhanə axtarmağa davam edəcəyik. 
Fransa millisinin sabiq futbolçusu 2004-cü ildə PSJ-yə keçib və 6 il paytaxt komandasının formasını geyinib. 
Səbuhi Həsənov