Xəbər lenti

Pulsuz paylanılan qəzet bağlandı
Ölkə11:00 23.01.2014

Pulsuz paylanılan qəzet bağlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“New Baku Post” qəzeti öz fəaliyyətini dayandırıb. 

Modern.az saytının xəbərinə  görə, bu barədə qəzetin redaktoru Kənan Quluzadə məlumat verib. Onun sözlərinə görə, qəzet bundan sonra internetdə fəaliyyətini davam etdirəcək. Bakupost.az saytı adlanacaq bu onlayn versiyada bir sıra texniki yeniliklərə qol qoyulub. 

Oxucu özünə lazım olan məlumat bazasını müvafiq düymələri seçməklə marqlandığı xəbərlələ tanış ola biləcək. İnternet qəzet əvvəlki redaksiya heyəti ilə işini davam etdirəcək.

Qaynar.info