
Rusiya prezidenti Vladimir Putin növbəti dəfə boşanmasından danışıb.
Qaynar.info-nun məlumatına görə, "Russia Today" kanalına açıqlama verən Putin bildirib ki, bu qərarı Lyudmila Putina ilə evli olarkən birlikdə veriblər.
Bundan əlavə Putin keçmiş həyat yoldaşı ilə heç vaxt kilsə nikahında olmadığını da deyib.
Boşanma qərarının açıqlanmasına gəlincə Rusiya prezidenti gizlətməkdənsə həqiqətin deyilməsinin daha doğru olduğunu bildirib.
Qeyd edək ki, Vladimir Putin və Lyudmila Putina iyunun 6-da "Россия 2" telekanalından efir vasitəsilə boşandıqlarını elan etmişdilər.
Cütlüyün Mariya və Katerina adlı iki qızı da var.
Qaynar.info