Xəbər lenti

Putin bununla göstərmək istəyib ki... - Politoloq
Dünya12:58 08.09.2022

Putin bununla göstərmək istəyib ki... - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunda çıxışı zamanı ölkəsinin sanksiyalardan ziyan çəkmədiyini bəyan edib. RF lideri bildirib ki, bu il Rusiya iqtisadiyyatında proqnozların əksinə olaraq, cüzi, təxminən 2 faiz azalma olacaq. 
"İqtisadiyyatda, ÜDM-də çox böyük azalma olacağı proqnozlaşdırılırdı. Belə hal baş verməyəcək. Tənəzzül hiss ediləcək, amma bu, əhəmiyyətsiz olacaq - haradasa 2-2,5 faiz. Hesab edirəm ki, hökumət hadisələrin neqativ inkişafının qarşısını almaq üçün səmərəli, enerjili və düşünülmüş tədbirlər sayəsində uğur qazanıb”, deyə dövlət başçısı bildirib. 
O, Rusiyada bütün inkişaf proqramlarının həyata keçirildiyini vurğulayıb: "Üstəlik, bu il bizim federal büdcə xərclərimiz keçən illə müqayisədə 20 faiz çox olacaq, bu o deməkdir ki, biz əvvəllər özümüz üçün prioritet kimi müəyyən etdiyimiz bütün sahələri dəstəkləyirik”.
Bir sözlə, forumda Putinin çıxışı Rusiyanın mövcud situasiyada daha da möhkəmləndiyi eyforiyası üzərində qurulmuşdu. 
Rusiya prezidentinin çıxışını Qaynarinfo-ya dəyərləndirən konfliktoloq Üzeyir Şəfiyev bildirib ki, Putinin Paşinyanla dialoqu Kreml üçün Azərbaycanın mühüm önəm daşıdığına daha bir nümunədir:
"Putinin forumda çıxışı və Ermənistan baş naziri ilə görüşündə səsləndirdiyi fikirlər Rusiya üçün Azərbaycanın mühüm önəm kəsb etdiyinin bir göstəricisi kimi dəyərləndirilə bilər. Bu da Azərbaycanın geosiyasi və iqtisadi potensialının dəyərləndirilməsi, həm də ölkəmizin əmək bazarı üçün münasib məkan olmasından irəli gəlirdi. Bütün bunlar forumda Azərbaycanın nüfuzunun, çəkisinin bir daha öz təsdiqini tapması deməkdir. 
Putinin tədbirdə ölkəsinin sanksiyalardan o qədər də zərər görmədiyini deməsi isə blefdir. Belə açıqlama verməkə Putin ölkəsinin Qərbin təsəvvür etdiyi qədər aciz olmadığını göstərmək istəyib. Bununla guya ölkəsində hər şeyin qaydasında olduğu obrazını formalaşdırmaq istəyib. Amma faktoloji təhlillər göstərir ki, Rusiya Ukrayna müharibəsi fonunda çox böyük fəsadlarla üz-üzə qalıb. Kreml rəhbəri etiraf etməsə də aydındır ki, müharibə Rusiyanın özünə də böyük ziyan vurub və vuracaq. Şimal ölkəsi iqtisadi təcrid durumundadır, ölkənin hərb və ərzaq sferasında böhran halları hiss olunur”. 
Rüfət Sultan