Xəbər lenti

Putin karate üzrə növbəti “dan” aldı
Dünya14:05 21.11.2014

Putin karate üzrə növbəti “dan” aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə baş naziri Əhməd Davudoğlu Şimali İraqın regional hökumətinin lideri Məsud Bərzani ilə görüşüb.

Anspress-in məlumatına görə, görüş çərçivəsində rəsmilərin mətbuat konfransı baş tutub. Konfrans zamanı isə maraqlı anlar yaşanıb. 

Belə ki, mətbuat konfransı zamanı bir kürd jurnalist baş nazir Əhməd Davutoğluya peşmergələrin təhsili və Kobani ilə bağlı sual ünvanlayıb. Tərcüməçi isə səhvən sualı türk dilinə tərcümə etmək əvəzinə kürd dilində səsləndirib. Bu vəziyyət salonda bir anlıq çaşqınlıq yaradıb. 

Bu anlaşılmazlığa müdaxilə edən Davudoğlu verdiyi cavabla hər kəsi güldürüb: "Sən türk dilinə tərcümə edəcəksən. Mən kürd dilində çox az başa düşürəm", - deyə Davudoğlu söyləyib.

Beynəlxalq Kekusin-kan karate-do Təşkilatı Beynəlxalq Komitəsi Rusiya prezidenti Vladimir putinə Kekusin-kanda ən yüksən dan olan səkkizinci ustalıq dərəcəsini təqdim edib.  

Oxu.Az xəbər verir ki, Lenta.ru-ya verilən məlumata görə? bu barədə məktubu Kekusin-kan Beynəlxalq təşkilatının prezidenti Xasui Royama göndərib.

Karate-do ustası Xasuo Royama – Yaponiya çempionu dəfələrlə Moskvada olub. 2001-ci ildə Royama Vladimir Putinə Kekusin kanın beşinci danını təqdim edib. 2009-cu ildə onu yeddinci dana  qədər yüksəldiblər. beş il sonra Putinə növbəti ustalıq dərəcəsi verilib.  

2000-ci ildə Yaponiyada Qodzürü karate məktəbinin rəhbərləri Putinə bu döyüş sənətinin ali ustasının adı, eləcə də doqquzuncu dan almasına dair diplom təqdim ediblər. Ruisya prezidenti fərdi kimono və üzərində qızıl saplarla adının yazıldığı qara kəmər alıb.

Yapon karate ustalarının Rusiya prezedentinə bu diqqətləri əbəs yerə deyil. Putin şərq döyüş növləri ilə maraqlanır və onların populyarlaşması üçün çox şey edir. o, sambo və cüdo ilə 11 yaşından məşğul olur. “Mən cüdoya hələ uşaq ikən gəlmişəm. Və şərq idman növləri, onların rəqiblə münasibətinin fəlsəfəsi, mədəniyyəti və döyüşün aparılması qaydaları ilə ciddi maraqlanmışam”, - Putin sözlərini Kremlin rəsmi saytı sitat gətirir.  

Putin cüdo və karate üzrə idman ustasıdır. 2006-cı ilin sentyabrında o Avropa cüdo ittifaqının fəxri prezidenti seçilib, 2010-cu ildə isə Cənubi Koreyanın Yönin universitetinin “Cüdo üzrə doktor” fəxri diplomunu alıb.  

1999-cu ildə Vladimir Putinin Vasili Şestakov və Aleksey Leviskinin də həmmüəllifi olduğu cüdo üzrə praktiki dərslər üçün – “Vladimir Putin ilə cüdo öyrənirik” kitabı işıq üzü görüb.  Rusiya prezidentinin Londonda keçirilən Olimpiada -2012 zamanı Putinin hələ də cüdo ilə məşğul olduğu və RF cüdo Federasiyasına dəstək olduğu aşkar oldu. 2013-cü ildə Rusiya prezidenti koreya döyüş növü olan txekvondo üzrə fəxri doquzuncu dan dərəcəsini alıb. 

Qaynar.info