Xəbər lenti

Putin Kubada ABŞ-a meydan oxudu
Dünya06:48 12.07.2014

Putin Kubada ABŞ-a meydan oxudu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Prezidenti Latın Amerikası ölkələrinə səfərə çıxıb.

Qaynar.info-nun "İnterfaks"a istinadən verdiyi xəbərə görə, səfərinə Kubadan başlayan Putin burada bir sıra ikitərəfli müqavilələrə imza atıb.

Putin Kubanın rəhbəri Raul Kastro ilə görüşündə onları blokadadan çıxaracağına dair söz verib: "Biz kubalı dostlarımıza qanunsuz blokadanı dəf etməkdə dəstək verəcəyik".

Qeyd edək ki, ABŞ öz müttəfiqləri ilə uzun illərdir ki, Kunabı iqtisadi-siyasi blokadada saxlayır.

Kubada görüşlərini başa çatdıran Putin bu gün səhər Nikaraquaya yola düşüb.

Qaynar.info