
Qərb Ukraynada atəşkəsin həyata keçirilməsinə dair razılaşmanın baş tutub-tutmayacağını müşahidə etmək məqsədiylə hələlik Rusiyaya qarşı yeni sanskiyalar tətbiq etmir. Prezident Putin isə yeni qərarlarıyla yenə hər kəsi təəccübləndirə bilib.
ANN.Az-ın "euronews.com"a istinadən verdiyi xəbərə görə, Putin özü şəxsən müdafiə sənayəsi rəsmilərini bir yerə toplayıb və yeni silahların yaradılması və nüvə arsenalının modernləşdirilməsi ilə bağlı göstəriş verib.
"Faktiki olaraq, Qərbdəki partnyorlarımızın körükləyərək qızışdırdığı və inkişaf etdirdiyi Ukraynadakı böhran indi NATO hərbi blokunu yenidən dirçəltmək üçün istifadə olunur. Ancaq bütün bunlar əlbəttə ki, bizim ölkəmizin təhlükəsizliyini artırmağımıza əsas verir, verməlidir", - Putin rəsmilərə deyib.
Bu gün həmçinin amerikalı və rusiyalı rəsmilər 1987-ci ildə nüvə silahları məhdudlaşdırmaqla bağlı imzalanan müqaviləni müzakirə etmək üçün Moskvada bir araya gələcəklər.
Putin bunun Rusiyanın maraqlarına uyğun olacağına şübhə etdiyini deyib. Hər iki tərəf bir-birlərini sənəddə əksini tapmış maddələri pozmaqda günahlandırırlar.
Qeyd edək ki, Ruslar çərşənbə axşamı günü Bulava qitələr arası ballistik raketi də sınaqdan keçiriblər.
Qaynar.info