Xəbər lenti

Putin prezident seçkilərində iştirak edəcək
Dünya07:34 20.09.2013

Putin prezident seçkilərində iştirak edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya prezidenti Vladimir Putin dördüncü dəfə seçkilərdə iştirak edəcəyini istisna etməyib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, dövlət başçısının dünən qatıldığı “Valday” diskussiya klubunda növbəti prezident seçkilərində iştirakı məsələsi müzakirə olundu.

Putin 2018-ci il seçkilərində iştirak etməsinin istisna olmadığını bildirib. O, bir saat sonra həmin məsələyə yenidən qayıdaraq növbəti seçkilərə qatılması ilə bağlı danışıqların vaxtından əvvəl müzakirə edilməsinin tərəfdarı olmadığını qeyd edib.

Qaynar.info