Xəbər lenti

Putin: Qərb Rusiyanı təcrid edə və ya geri ata bilməz
Dünya06:17 19.07.2022

Putin: Qərb Rusiyanı təcrid edə və ya geri ata bilməz

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanı dünyanın qalan hissəsi ilə əlaqəsini kəsmək mümkün deyil və Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalar Rusiyanın inkişafında saatı geri çevirməyək.
Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib. 
Fevralın 24-də Ukraynaya qoşun yeritdikdən sonra Rusiya, onu kommersiya elektronikası, yarımkeçiricilər və təyyarə hissələri də daxil olmaqla mallara çıxışdan məhrum edən qlobal iqtisadiyyatdan təcrid edən Qərb sanksiyaları ilə üzləşib.
"Yalnız məhdudiyyətlər deyil, həm də xarici yüksək texnologiyalı məhsullara çıxışın demək olar ki, tamamilə bağlanması ölkəmizə qarşı qəsdən, məqsədli şəkildə istifadə olunur”, – Putin hökumət xadimləri ilə videokonfransda çıxış edərkən deyib.
Ancaq Putinin fikrincə, bütün bunlar Rusiyanı geri atmayacaq.
"Aydındır ki, bu, ölkəmiz üçün böyük bir sınaqdır, lakin biz təslim olmayacağıq və bərbad vəziyyətə qalmayacağıq və ya bəzi "xeyirxahlarımızın” proqnozlaşdırdığı kimi, onilliklərlə geriyə düşməyəcəyik. Təbii ki, yox”,- o deyib.
AB-nin xarici işlər nazirləri bazar ertəsi bildiriblər ki, Moskvaya qarşı tətbiq edilən sanksiyalar AB-nin enerji təchizatını təhdid etsə də, işləyir.
"Bəzi Avropa liderləri sanksiyaların səhv olduğunu deyirlər. Bu, etməli olduğumuz şey idi və etməyə davam edəcəyik",- AB-nin siyasət üzrə rəhbəri Cozef Borrel deyib.
Nurlan Hüseynov