
Rusiya prezidenti Ermənistanın Avropa İttifaqının sammitində iştirakının qarşısnı almaq üçün İrəvana gedir
Ermənistanın "Qraparak" qəzeti Rusiya prezidenti Vladimir Putunun Ermənistana növbəti səfərinin tarixi və bu səfərin məqsədini açıqlayıb. ANS PRESS-in verdiyi məlumata görə, Rusiya dövlət başçısının səfəri oktyabrın sonunda baş tutacaq.
Qəzet Putinin Ermənistana səfər etməsində məqsədinin bu ölkənin Vilnüsdə keçiriləcək Avropa İttifaqının sammmitdə təmsil olunmasının qarşısını almaq olduğunu yazır.
Xatırladaq ki, Ermənistan əvvəlcə Avropaya inteqrasiya öhdəliyi götürsə də sonradan Rusiya ilə Gömrük İttifaqına üzvlük haqqında razılaşma imzalamışdı. Bu razılaşma Avropa Birliyi və Ermənistanın özündə birmənalı qarşılanmayıb. Erməni siyasi analitiklər bu anlaşma ilə Ermənistanın onsuz da formal olan müstəqilliyinin bir qədər də məhdudlaşdırıldığını və Rusiyadan tamamilə asılı vəziyyətə düşdüyünü hesab edirlər.
Qaynar.info