Xəbər lenti

Putin Trampın İran siyasətini dəstəkləmir
Dünya19:00 06.02.2017

Putin Trampın İran siyasətini dəstəkləmir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın “İranın terrorçu dövlət olması” haqda fikirlərinə münasibət bildirib.

Rusiya KİV-ləri xəbər verir ki, Peskov Trampın fikirləri ilə razı olmadıqlarını deyərək, İranı terrorçu dövlət kimi görmədiklərini, bu ölkə ilə münasibərlərinin inkişaf mərhələsində olduğunu söyləyib.

“Biz bu yanaşmanı dəstəkləmirik. İranla yaxşı münasibətlərimiz var. İranla iqtisadi və siyasi əlaqələrə dəyər veririk və bu əlaqələri inkişaf etdirməyi düşünürük”.

Peskov “Fox News” telekanalının aparıcısı Bill O Reillinin “Putin bir qatildir”-deyə səsləndirdiyi fikirlərinin qəbul edilməz olduğunu vurğulayıb. Bildirib ki, Amerika telekanalı buna görə Rusiya prezidentindən üzr istəməlidir. (azvision.az)

Qaynarinfo.Az