Xəbər lenti

Putin və Si dekabrın 30-da videokonfrans vasitəsilə danışıqlar aparacaq
Dünya11:27 29.12.2022

Putin və Si dekabrın 30-da videokonfrans vasitəsilə danışıqlar aparacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Szinpin sabah, dekabrın 30-da videokonfrans vasitəsilə danışıqlar aparacaqlar. 
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.
Peskov bildirib ki, onlar ikitərəfli münasibətləri müzakirə edəcək və Rusiya Federasiyası və Çinin kəskin regional problemlərlə bağlı fikir mübadiləsi aparacaqlar.
"İlk növbədə, ikitərəfli Rusiya-Çin münasibətlərindən danışacağıq, bilirsiniz ki, ticarətin həcmində sürətli artım baş verir. Təbii ki, ən kəskin regional problemlər, o cümlədən bizə, Rusiyaya daha yaxın olanlar, Çinə daha yaxın olanlar haqqında fikir mübadiləsi aparmaq çox vacib olacaq. Əsl strateji tərəfdaşlıq ruhunda liderlərimiz bu məsələləri müzakirə edəcəklər”, - sözçü bildirib.
Rusiya prezidentinin mətbuat katibi deyib ki, danışıqlar günün birinci yarısında aparılacaq. O, aydınlaşdırıb ki, liderlərin yalnız salamlama nitqlərinin mübadiləsi açıq olacaq, daha sonra isə söhbət qapalı formatda davam etdiriləcək. 
Nizami Bağırov