Türkiyə hökuməti taxıl sazişini bərpa etmək üçün diplomatik işi gücləndirib. Məlumata görə, Rusiya prezidenti Vladimir Putin "yaxın günlərdə Ankaraya səfər edəcək", dəqiq tarixlər deyilmir.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin "Milliyet” qəzeti
yazır.
Bu, Putinin Rusiyanın Ukraynada hərbi əməliyyatına başlamasından sonra NATO üzvü olan ölkəyə ilk səfəri olacaq.
Qeyd edək ki, avqustun əvvəlində Kreml Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında mümkün görüşə hazırlığı təsdiqləyib. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov iki ölkə liderlərinin görüşünün Türkiyədə keçiriləcəyini bildirib. Türkiyə prezidenti bunun avqustda baş tutacağını gözləyir. Mətbuat iki ölkə liderlərinin avqustun sonu və ya sentyabrın əvvəlində görüşəcəyini yazıb.
Nizami Bağırov