
Rusiya prezidenti Vladimir Putin martın 23-də Londondakı evində ölü tapılan rus milyarder Boris Berezovskidən iki məktub aldığını etiraf edib.
Qaynar.info-nun məlumatına görə, Putin Berezovski tərəfindən ona göndərilən hər iki məktubu cavabsız qoyduğunu deyib: "Məsələ ilə bağlı danışmaq istəmirdim. Ancaq bundan qaçmaq mümkün olmadı. İlk məktubu fevral ayında aldım. İkinci məktub isə ölümündən sonra gəldi. Birinci məktubun hamısı əllə yazılmışdı".
Putin ilk məktubu Berezovskinin keçmiş şəriklərindən olan bir vətəndaşın verdiyini söyləyib.
Məktublarda nə yazıldığı ilə bağlı danışan Putin, "Hər şey mətbuatda yazılıb. O, məktubunda şoxlu səhvlər etdiyini, zərər verdiyini, bağışlanmaq istədiyini və vətənə dönməsi üçün icazə verilməsini istəyib. Mənim onlarla yaxın münasibətim yox idi. Sadəcə tanış idik. Məktubun tam mətninin yayılmasını istəyəm dostlarım var idi. Mən Allah şükr edirəm ki, Allah məni bundan qorudu" deyib.
Qaynar.info