BMT-nin baş katibi Antonio Quterreş Rusiyaya qarşı sanksiyaları ləğv etmədən Rusiya taxılının ixracına imkan verəcək vasitəçilik mexanizmini təklif edib.
Qaynarinfo Türkiyənin "Milliyet” nəşrinə istinadla
xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə Vladimir Putinlə görüşdən qayıtdıqdan sonra deyib.
Türkiyə liderinin sözlərinə görə, Rusiya Türkiyənin "Ziraat Bankası”na SWIFT ödənişlərini həyata keçirə bilməsi üçün özünün "Rosselxozbank”ına qoyulan məhdudiyyətlərin heç olmasa qismən götürülməsini tələb edir.
Kremlin ikinci tələbi Rusiya limanlarına üz tutan gəmilərin sığortalanmasına qadağa qoyulması ilə bağlıdır. Gəmilərin Rusiya taxılını sərbəst ixrac edib başqa ölkələrə çatdıra bilməsi üçün onlar sığortalanmalıdır. Amma sanksiyalara görə qlobal dəniz sığortası bazarında hökmranlıq edən Britaniya sığorta şirkətləri bu gəmiləri sığortalamaqdan imtina edirlər.
Buna görə də Moskva hər iki məhdudiyyətin - həm SWIFT sistemindən istifadəyə, həm də Rusiya dəniz ixracının sığortasına dair məhdudiyyətlərin götürülməsini tələb edir.
Ərdoğanın sözlərinə görə, hazırda BMT Türkiyənin dəstəyi ilə bu məsələdə müəyyən irəliləyiş əldə edib. Avqustun 28-də BMT-nin baş katibi Antonio Quterreş rusların istədiyi kimi Rusiya banklarının birbaşa əlaqəsi yolu ilə deyil, SWIFT ilə məsələni həll edəcək vasitəçilik mexanizmi təklif edib. Həmçinin, BMT hazırda Rusiya limanlarına üz tutan gəmilərin sığortası məsələsi üzərində işləyir.
Buna görə də Moskva hər iki məhdudiyyətin - həm SWIFT sistemindən istifadəyə, həm də Rusiya dəniz ixracının sığortasına dair məhdudiyyətlərin götürülməsini tələb edir.
Alpər