Xəbər lenti

Putindən Obamaya sensasion ÇAĞIRIŞ
Dünya20:34 14.04.2014

Putindən Obamaya sensasion ÇAĞIRIŞ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya prezidenti Obamanı Ukraynada qan tökülməsinə imkan verməməyə çağırıb

Rusiya və ABŞ prezidentləri Ukraynadakı böhranın həlli yollarını müzakirə ediblər.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Putin Obamanı ABŞ-ın bütün imkanlarından istifadə edərək Ukraynada zorakılıq və qan tökülməsinə imkan verməməyə çağırıb.

“Ukrayna hökuməti, ilk növbədə, regionları və aparıcı siyasi qüvvələri yeni Konstitusiyanın hazırlanmasına cəlb etməlidir”, - deyə Putin qeyd edib.

Bundan başqa, Putin Obamanın nəzərinə çatdırıb ki, Rusiyanın Ukraynanın cənubi-şərqinə müdaxiləsi barədə ABŞ-ın narahatlığı yanlış məlumatlara əsaslanır.

Qaynar.info