
Rusiya prezidenti Vladimir Putin G-20 zirvə toplantısı qabağı Suriyaya hərbi müdaxilə etmək istəyən ölkələrə xəbərdarlıq edib.
Qaynar.info xəbər verir ki, Putin verdiyi açıqlamasında BMT-nin razılığı olmadan Suriyada hərbi əməliyyat aparılacağı təqdirdə Dəməşqə və hətta İrana verilməsini təxirə saldıqları S-300 raketlərinin satışına yenidən baxacaqlarını bildirib.
"Əgər atılan addımların beynəlxalq qaydaları pozduğunu görərsək, o zaman biz də bəzi həssas silahların dünyanın bəlli ərazilərinə satışı ilə bağlı mövqelərimizə yenidən baxacağıq" deyə Putin bildirib.
Qaynar.info