
Rusiya prezidenti Vladimir Putin Suriyaya qarşı hərbi müdaxilənin əleyhinə olduqlarını deyib.
Qaynar.info-nun məlumatına görə, Soçidə İsrail baş naziri Binyamin Netanyahunu qəbul edən Putin Suriyada vətəndaş müharibəsini gücləndirəcək bütün addımlardan qaçılmasının vacibliyini bildirərək, xarici hərbi müdaxiləyə və müxaliflərə silah yardımı edilməsinin əleyhinə olduqlarını bir daha üstüörtülü şəkildə söyləyib.
Rusiyanın xarici işlər naziri Qennadi Qatilov da Suriyada uçuşa qapalı zonanın və humanitar yardım dəhlizinin yaradılmasının faciəvi nəticələri olacağını, bu qərarın da yalnız BMT Təhlükəsizlik Şurasındə qəbul oluna biləcəyi xəbərdarlığını edib.
Qaynar.info