Rusiya prezidenti Vladimir Putini gənc polkovnik əvəzləyə bilər.
Qaynarinfo "Segodnya"ya istinadən xəbər verir ki, bu barədə rusiyalı hüquq müdafiəçisi və bloger Mark Feyqin
bildirib. Feyqinin sözlərindən belə anlaşılır ki, Putini əvəzləyəcək "gənc polkovnik” Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşıdır.
"Bununla bağlı heç bir şübhə yoxdur. Rusiyada əsas orqan FTX-dir. FTX-nin kollegiyasına Borotnikovdan tutmuş bütün digər rəhbər şəxslər daxildir və təbii ki, onlar belə plan qura bilərlər. Onlar mütləq şəkildə Putini vəzifədən uzaqlaşdırmayacaqlar. Amma birdən Putin ölsə? Bu baş verə və o zaman gənc polkovnikə ehtiyac yarana bilər. Məsələ budur”, deyə bloger bildirib.
Feyqin əlavə edib ki, Rusiya Federasiyasının Ukraynaya təcavüzü ölkənin hərbi rəhbərliyinin, xüsusi ilə də Müdafiə nazir Serqey Şoyqunun və Baş Qərargah rəisi Valeri Gerasimovun qorxaqlığını ortaya qoyub:
"Yəni, onlar tamamilə heç kimdirlər. Hamı dedi ki, onlar mühairəbəyə qarşı çıxmalıdır, ordu məhv edilib, onların institutları dağıdılıb. Amma onlar tərəfdən heç nə eşitmədik. Sadəcə gücsüzdülər”.
Bundan əvvəl KİV Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Putinin varisi ola biləcəyini yazmışdı.
Seyid