Xəbər lenti

Putinin Bakıya səfər proqramı açıqlandı
Siyasət12:35 26.09.2018

Putinin Bakıya səfər proqramı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfər proqramı açıqlanıb.
Qaynarinfo "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Putinin səfəri sentyabrın 27-də səhər saatlarında başlayacaq. O, Bakıda Rusiya-Azərbaycan regionlararası forumda iştirak edəcək
Dövlət başçıları Vladimir Putin və İlham Əliyev region rəhbərləri ilə görüşəcək və onların qarşısında çıxış edəcəklər. Bundan əvvəl Rusiya prezidenti Bakıda keçirilən cüdo üzrə dünya çempionatının bəzi görüşlərini izləyəcək.