Xəbər lenti

Putinin cazibədar rəqibi (FOTOLAR)
Dünya08:00 20.10.2017

Putinin cazibədar rəqibi (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyada 2018-ci ildə keçiriləcək prezident seçkilərində Vladimir Putinin yeni rəqibi məlum olub.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, "Rain TV"nin məşhur aparıcısı Kseniya Sobçak 2018-ci ildə Putinə rəqib olacağını açıqlayıb. Sankt Peterburqun ilk bələdiyyə sədri olan Anatoli Sobçakın qızı Kseniya seçki kampaniyası üçün nəzərdə tutulan saytda bu barədə məlumat verib. Seçicilərə video müraciətlə səslənən aparıcı seçki kampaniyası üçün lazım olan pulu Rusiyanın kübar cəmiyyətindən toplayacağına ümid etdiyini deyib. 

Kremlin sözçüsü Dmitri Peskov məsələ ilə bağlı açıqlama verərək Sobçakın seçkilərdə iştirak edə bilməsi üçün lazım olan kriteriyalara sahib olduğunu, çox qabiliyyətli, təhsilli olduğunu, lakin siyasət aləmində hər şeyə sıfırdan başlamalı olduğunu vurğulayıb. 

Anatoli Sobçakla keçmiş Rusiya Federasiyası Şura üzvü olan Lyudmila Narusovanın qızı olan Kseniya 2012-2013-cü illərdə qısa müddət ərzində mövcud olan Rusiya Müxalifət Şurasının üzvü olub.

Son aparılan sorğuya əsasən, seçicilərin yalnız 0,4%-i Sobçakı prezidentliyə namizəd olaraq görüb.

Gülşən

Qaynarinfo.Az