Rusiya prezidentinin mətbuat attaşesi Dmitri Peskov Vladimir Putinlə bağlı açıqlama verib. Anspress-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Peskov bildirib ki, prezidentin dövlət başçısı kimi işinə qiymət vermək lazımdır, onun şəxsi hıəyatına qarışmayın.
O, “İzvestiya” qəzetinin müxbirinin hər bir sağlam kişinin şəxsi həyatı olduğu kimi Putinin də şəxsi həyatı olmalıdır sualına cavab olaraq bildirib ki, belə fikirlərin haradan qaynaqlandığını anlamır: “Prezident bütün günü işləyir. Bu cür fikirlərin haradan qaynaqlandığını bilmirəm.”
Peskov Vladimir Putinin bu günlərdə İver monasrtında Alina Kabayeva ilə gizli nigah bağlaması ilə bağlı yayılan söz-söhbəti də təkzib edib: “Həmin vaxt Putin Soçidə olub. İver monastrında baş verənlərlə bağlı mən sizə heç nə deyə bilmərəm. Bu cəfəngiyyatdır və onları təkzib etmək də mənasızdır. Biz bunu yüz dəfə etmişik. Söz-söhbət həmişə var, neyləmək olat? Onlar reallığa heç bir təsir göstərə bilmir.” Qaynar.info