Xəbər lenti

Putinin köməkçisi:
Siyasət 11:44 10.10.2025

Putinin köməkçisi: "Sputnik Azərbaycan"ın icraçı direktoru azadlığa buraxılıb

Bakıda həbs olunan "Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx azadlığa buraxılıb.

APA xəbər verir ki, bu barədə "Kommersant”ın xüsusi müxbiri Andrey Kolesnikova Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Yuri Uşakovun sözlərinə görə, bununla bağlı qərar Düşənbədə Rusiya və Azərbaycan prezidentlərinin görüşü ərəfəsində qəbul edilib.

Qeyd edək ki, "Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının ("Sputnik Azərbaycan”) icraçı direktoru İqor Kartavıx və şef redaktor Yevgeniy Belousov Daxili İşlər Nazirliyinin (DİN) 30 iyun 2025-ci il tarixdə "Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında keçirdiyi əməliyyat nəticəsində saxlanılıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->