
Rusiya prezidenti Vladimir Putinin ən böyük rəqiblərindən sayılan blogger Aleksey Navalnı haqqında hesabına qanunsuz pul köçürmək və çirkli pulların yuyulması ilə bağlı cinayət işi açılıb.
Qaynar.info xəbər verir ki, Aleksey Navalnı və qardaşı Oleqin 5 il əvvəl kosmetik məhsullar satan "Yves Rocher" firmaşsına aid bir mağazadan cəmi 600 min avronu öz hesablarına keçirdikləri iddia olunur. navalnı qardaşlarının daha bir şirkətə aid 4 milyon avronu mənimsədikləri, bundan başqa 480 min avro çirkli pulu yuduqları bildirilir.
Qeyd edək ki, Navalnı iyul ayında başa çatan və "Kirovles" adı ilə tanınan məhkəmədə korrupsiya və 500 min dollar mənimsəməkdə ittiham olunaraq, 5 il müddətinə azadlıqdan məhrum edilmişdi. Navalnının cəzası daha sonra şərti cəza ilə əvəz edilmişdi.
Qaynar.info