
Rusiya prezidenti Vladimir Putinin Sibir istirahətinin görüntüləri yayımlanıb.
"Qaynarinfo" "Daily Mail"ə istinadən xəbər verir ki, şəkillərdə Putin balıq tutur, günəş vannası qəbul edir və suyun dibinə eniş edir. Bildirilir ki, Putin Tuva ərazisində 1-3 avqustda olub. Rusiya liderinin dəfələrlə belə istirahət fotoları yayımlanıb.
Analitiklər deyir ki, 64 yaşlı Putin bununla dünyaya hələ sağlam və güclü olduğunu göstərməyə çalışır.
Gülşən
Qaynarinfo.Az
















