Xəbər lenti

Qacarlar dövründə lentə alınmış 150 yaşlı mərsiyə - TARİXİ SƏS YAZISI
Dünya07:29 04.08.2022

Qacarlar dövründə lentə alınmış 150 yaşlı mərsiyə - TARİXİ SƏS YAZISI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran tarixində qeydə alınmış ən qədim mərsiyə Nəsrəddin şah Qacar dövründə qeydə alınmış "Cəbrayıl mərsiyəsi”dir.
Qaynarinfo bu barədə Fars agentliyinə istinadən xəbər verir.
Nəsrəddin Qacar dövrünün ortalarında Qərb (Avropa) məhsulu olan qrammofon İrana daxil olur. Onu Nəsrəddin şah Qərb ölkələrindən qayıdarkən İrana özü gətirmişdi.
Qrammofon "Habs əl-Sout" və ya "Hafiz əl-Sout" adlanırdı. Bu, o zaman üçün böyük sürpriz olmuşdu. Sonralar, Müzəffərəddin şah Qacar dövründə bu cihazlardan daha çox İrana gəlib və təbii ki, bu cihazlardan mərsiyələr, musiqi nəğmələri və s. kimi qeydə alınmış səslər qalıb.
Təxminən 150 yaşı olan bu mərsiyə "Nasiri" dövrünün ortalarında qeydə alınıb və "Cəbrayıl mərsiyəsi” kimi tanınır. Mərsiyənin sözlərinin Nəsrəddin Şah Qacarın özünə aid olduğu deyilir, lakin xanəndənin kimliyi naməlumdur.
M.Arif