Xəbər lenti

Qadağalar inanclı insanları radikal addımlara sövq edə bilər - Ekspert
Ölkə09:14 12.10.2016

Qadağalar inanclı insanları radikal addımlara sövq edə bilər - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Dünyəvi, sivil dövlət bütün insanların inanclarına hörmətlə yanaşır, inancla bağlı ayinlərin normal və qanunlar çərçivəsində həyata keçirilməsinə şərait yaradır". 

Qaynarinfo.Az xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli deyib.

Ekspertin bildirib ki, inancli insanlar dünyəvi dövlətin qorunmasında maraqlı olmalıdırlar: "Hökumət dinlə bağlı həssas mövzularda "qadağa" dilində deyil də, maarifçilik dilində danışmalıdır. Qadağalar inanclı insanları radikal addımlara sövq edə bilər. İnanclı insanlar bu oyuna gəlməməli, bütün qarşıdurmalardan uzaq olmalıdırlar. Yaşana biləcək hər bir qarşıdurma hökumətə, "dünyəviliyin tək qoruyucusu bizik, biz olmasaq ölkədə dini radikalizm artar", mesajını cəmiyyətə və dünyaya bir daha bildirməyə şərait yaradacaq. Bunu nəzərə almaq lazımdır".

Natiq Cəfərlinin fikrincə əslində dünyəvilik hökumətlə müxalifətin anlaşa biləcəyi ortaq qırmızı cizgilərdən biri ola bilər. "Sadəcə, bunu hər iki tərəf siyasi alətə, təbliğata deyil də, səmimi ortaq doktrinaya çevirməlidir". 

Qafqaz Rafiqoğlu

Qaynarinfo.Az