Xəbər lenti

Qadın 1 milyon avro dəyəri olan kəhrəbanı adi daşla səhv saldı və...
Dünya 18:56 08.09.2024

Qadın 1 milyon avro dəyəri olan kəhrəbanı adi daşla səhv saldı və...

Rumıniyada yaşayan yaşlı bir qadın bu günə qədər məlum olan, dəyəri 1 milyon avro olan dünyanın ən böyük kəhrəba külçələrindən birini adi bir daşla səhv salıb və onilliklər ərzində ondan məişət ehtiyacları üçün istifadə edib. 

Qaynarinfo xəbər verir ki, bbarədə G4media.ro nəşri yazıb.

Bildirilir ki, qadın Koltsı kəndindəki çay yatağında 3,5 kiloqramlıq daş tapıb və illərdir ondan qapısını bərkitmək üçün istifadə edib. Maraqlıdır ki, bir dəfə evə girən quldurlar belə külçənin dəyərini təxmin etməyiblər.

Daşın dəyəri qohumlara miras qalanda məlum olub. Yeni sahiblər daşın qiymətli ola biləcəyini düşünüb. Təxmin təsdiqlənəndə kəhrəba Rumıniya dövlətinə satılıb və milli sərvət kimi kataloqa daxil edilib.

Mütəxəssislər külçənin həqiqiliyini təsdiqləyiblər və onun yaşının 38,5 ilə 70 milyon il arasında olduğunu müəyyən ediblər. Rumıniyada çoxlu kəhrəba yataqları olduğu bilinir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->