
Amerikada qeyri-adi hadisə baş verib.
Qaynar.info milli.az-a istinadən bildirir ki, 37 yaşlı Meri Qreys adlı qadın restoranın ayaqyolusuna daxil olaraq 10 dəqiqə ərzində doğub. O, doğuşdan sonra uşağı zibil qabına ataraq restoranı tərk edib. Restorandan çıxan qadının qan içində olduğunu görən işçilər şübhələnərək ayaqyolunu açdıqda körpənin ağladığını görüblər. Dərhal polisə xəbər edilib.
Bütün bu anlar təhlükəsizlik kameralarında əks olunub. Faktla bağlı araşdırma aparılır.
Qaynar.info