Xəbər lenti

“Qafqaz Qartalı-2024”dən görüntülər (VİDEO)
Ölkə16:10 06.06.2024

“Qafqaz Qartalı-2024”dən görüntülər (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən "Qafqaz Qartalı-2024” birgə təlimi davam edir.

Bu barədə Qaynarinfo-ya  Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin planına uyğun olaraq, ərazinin qorunma xüsusiyyətləri və maskalanma vasitələrindən istifadə etməklə xüsusi təyinatlılar şərti düşmənin yerləşmə məntəqəsinə qəfil basqın icra ediblər.

Düşmənin komanda-idarəetmə məntəqələri, rabitə mərkəzləri sıradan çıxarılıb, eləcə də canlı qüvvəsi zərərsizləşdirilib.

Təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.