Xəbər lenti

İdman 01:40 30.08.2023

"Qalatasaray" Çempionlar Liqasının qrupunda

UEFA Çempionlar Liqasında (ÇL) qrup mərhələsinə vəsiqə qazanan üç komanda müəyyənləşib.

Qaynarrinfo-nun məlumatına görə, pley-offda baş tutan üç cavab görüşündən sonra yoluna bu turnirdə və UEFA Avropa Liqasında (AL) davam edən komandalar bəlli olub.

Türkiyə çempionu "Qalatasaray” səfərdə minimal fərqlə qalib gəldiyi Norveç təmsilçisi "Molde”ni qəbul edib. İstanbuldakı qarşılaşma da "cim-bom”un qalibiyyəti ilə yekunlaşıb və "Qalatasaray” qitənin ən nüfuzlu turnirinin qrupuna yüksəlib.

Digər cütlərdə İsveçrə "Yanq Boyz”u və Portuqaliya "Braqa”sı rəqiblərini üstələyərək, ÇL-in qrupuna vəsiqə qazanıblar. "Molde” ilə yanaşı, Yunanıstan klubu "Panatinaikos” və İsrailin "Makkabi” (Hayfa) komandası mübarizəni AL-in qrupunda davam etdirəcəklər.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
29 avqust

23:00. "Qalatasaray” (Türkiyə) – "Molde” (Norveç) – 2:1
Qollar: Mauro İkardi, 7 (pen.). Angelinyo, 90+3 - Eyrik Hestad, 66
İlk oyun – 3:2

23:00. "Panatinaikos” (Yunanıstan) – "Braqa” (Portuqaliya) – 0:1
Qol: Bruma, 83
İlk oyun – 1:2

23:00. "Yanq Boyz” (İsveçrə) – "Makkabi” (Hayfa, İsrail) – 3:0
Qollar: Sedrik İtten, 23. Abdulaye Sek, 28 (avtoqol). Filip Uqriniç, 46
İlk oyun – 0:0

Qeyd edək ki, mərhələnin digər oyunları avqustun 30-da keçiriləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->