
İstanbulda “Qalatasaray” – “Fənərbaxça” derbisi təxirə salınıb.
Qaynar.info Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul valiliyinin müraciətindən dərhal sonra bu gün keçiriləcək olan matç mümkün terror təhlükəsi səbəbindən başqa vaxta təyin olunub.
Hələlik oyunun nə zaman keçiriləcəyi ilə bağlı heç bir açıqlama verilməyib.
Qaynar.info