
Türkiyənin “Qalatasaray” klubunun UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün liqa mərhələsində qarşılaşacağı rəqiblər müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, İstanbul təmsilçisi aşağıdakı komandalarla üz-üzə gələcək:
* “Barselona” – evdə
* PSJ – səfərdə
* “Aston Villa” – evdə
* “Sportinq Lissabon” – səfərdə
* “Feyenoord” – evdə
* “Lill” – səfərdə
* “Ştutqart” – evdə
* AEK Afina – səfərdə
Beləliklə, “Qalatasaray” liqa mərhələsində hər biri fərqli səviyyəli səbətlərdən seçilmiş 8 rəqiblə mübarizə aparacaq. Komanda 4 matçı doğma meydanda, 4 qarşılaşmanı isə səfərdə keçirəcək. UEFA-nın yeni formatına əsasən, turnirin liqa mərhələsində 36 klub iştirak edir və hər komanda 8 fərqli rəqiblə qarşılaşır.
Liqa mərhələsinin ilk oyunları 8-10 sentyabr 2026-cı il tarixlərində keçiriləcək. Qarşılaşmaların dəqiq tarix və saatları UEFA tərəfindən ən geci 29 avqustda açıqlanacaq.
Aydın