"Qalatasaray" yeni transferi Rafael Leaonun transferi ilə bağlı razılaşmanın əldə olunduğunu açıqlayıb.
Qaynarinfo xəbər verir ki, klubun yaydığı məlumata görə, Rafael Leaonun transferi ilə bağlı onun klubu "Milan" ilə anlaşma əldə olunub. Transfer üçün İtaliya klubuna 38 milyon avro sabit məbləğ ödəniləcək.
Razılaşmaya əsasən, Leaonun gələcəkdə başqa kluba transferindən əldə olunacaq mənfəətin 20 faizi də "Milan"a veriləcək.
Portuqaliyalı futbolçu ilə 2026/27 mövsümündən qüvvəyə minəcək 4 illik müqavilə imzalanıb. Müqaviləyə əsasən, Leao hər mövsüm üçün 10 milyon avro xalis zəmanətli maaş alacaq.
Beləliklə, futbolçunun 4 illik müqavilə müddətində əldə edəcəyi zəmanətli maaşın ümumi məbləği 40 milyon avro təşkil edəcək.
Aydın
Şərhlər