Xəbər lenti

"Qalatasaray" Rafael Leaonun transferini rəsmən elan etdi
İdman14:57 29.08.2026

"Qalatasaray" Rafael Leaonun transferini rəsmən elan etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Qalatasaray" Portuqaliya millisinin sol cinah oyunçusu Rafael Leaonun transferi ilə bağlı rəsmi açıqlama yayıb.

Qaynarinfo xəbər verir ki, sarı-qırmızılı klubun açıqlamasında bildirilib:

"Peşəkar futbolçu Rafael Aleksandr Da Konseysao Leao transferi ilə bağlı futbolçu və onun klubu "Milan" ilə rəsmi danışıqlara başlanılıb".

Qeyd edək ki, Rafael Leao 10 iyun 1999-cu ildə Portuqaliyanın Almada şəhərində anadan olub. Futbola "Sportinq"in akademiyasında başlayan hücumçu 2018-ci ildə əsas komandada debüt edib. Həmin il Fransanın "Lill" klubuna keçən Leao burada bir mövsüm keçirib və 26 oyunda 8 qol vurub.

2019-cu ildə təxminən 35 milyon avro qarşılığında "Milan"a transfer olunan portuqaliyalı futbolçu klubun əsas simalarından birinə çevrilib. 2021/22 mövsümündə “Milan”la İtaliya çempionu olub və A Seriyasının ən yaxşı futbolçusu seçilib. 2022/23 mövsümündə isə 48 matçda 16 qol və 12 məhsuldar ötürmə ilə karyerasının ən məhsuldar mövsümlərindən birini keçirib.

2026-cı ilin iyununa qədər “Milan”da 291 oyuna çıxaraq 80 qol və 65 assist edən Leao klub tarixinin önəmli futbolçularından birinə çevrilib. O, həmçinin 2025-ci ildə Portuqaliya ilə UEFA Millətlər Liqasının qalibi olub.

Aydın