
“Qalatasaray” klubu futbolçusu Burak Yılmazın Çempionlar Liqasının 1/4 finalının “Real”la matçında aldığı sarı vərəqənin ləğvi üçün UEFA-ya şikayət edib.
Fanat.az xəbər verir ki, İstanbul təmsilçisi norveçli hakim Moenin Buraka sarı vərəqə verməklə bağlı qərarının səhv qərar olduğunu bildirib.
Buna görə də “Qalatasaray” nümayəndələri ali futbol qurumundan qərarın ləğvini istəyib. Madriddəki qarşılaşmada aldığı sarı vərəqə Burak üçün ikinci olub. Bu səbəbdən o, aprelin 9-u baş tutacaq “Real”la cavab qarşılaşmasını buraxmalı olacaq.
Qaynar.info