Xəbər lenti

Qalmaqallı oyunla bağlı son qərar verildi
İdman12:17 10.09.2021

Qalmaqallı oyunla bağlı son qərar verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fransa Futbol Federasiyasının İntizam Komitəsi qalmaqallı "Nitsa” – "Marsel” matçı ilə bağlı qərarını açıqlayıb.

 

Qaynarinfo xəbər verir ki, "Nitsa”nın iki xalının silinməsi haqda qərar çıxarılıb. Bununla yanaşı komanda qarşıdakı üç matçı neytral meydanda keçirəcək. Qalmaqallı qarşılaşma isə başqa bir vaxtda, neytral meydanda yenidən oynanılacaq.

 

Matç zamanı rəqib tribunalara şüşə atan "Marsel”in futbolçusu Dimitri Payet bir, hadisəyə qarışdığı müəyyənləşdirilən onun komanda yoldaşı Alvaro Qozales iki oyunluq diskvalifikasiya edilib. Rəqib komandanın futbolçularına fiziki zərər yetirməyə çalışan "Marsel”in fizioterapevti Pablo Fernandez isə mövsümün sonuna qədər Fransa Birinci Liqasından uzaqlaşdırılıb.  

 

Avqustun 22-də baş tutan "Nitsa” – "Marsel” qarşılaşmasında Payet tribunadan ona atılan bəzi əşyaları azarkeşlər olan tərəfə geri göndərib. Nəticədə "Nitsa”nın azarkeşləri meydançaya girib. Həmin vaxt meydan sahiblərinin hesabda 1:0 öndə olduğu oyun 77-ci dəqiqədə dayandırılıb. Bundan saatyarım sonra qarşılaşmanın qaldığı yerdən başlanması ilə bağlı qərar verilsə də "Marsel”in futbolçuları meydana çıxmaqdan imtina edib.

 

Səbuhi Həsənov