
"Mən Zöhrab Şıxəliyevin silah-sursat saxlaya biləcəyini yəqin etmirəm". Bunu Avropa.info-ya açıqlamasında "Əbu Bəkr" məscidinin imamı Qamət Süleymanov dünən Sumqayıtın Corat qəsəbəsində həbs olunan, 1978-ci il təvəllüdlü Zöhrab Şıxəliyevin həbsi haqqında danışarkən deyib.
Qamət Süleymanov Zöhrab Şıxəliyevin radikallara qarşı olduğunu bildirib: "Bu xəbər bizi çox təəcübləndirdi. Bildiyimiz kimi, Zöhrab Sumqayıtda radikallara qarşı olan bir şəxs idi. O, hər zaman onlara qarşı kəskin mövqe sərgiləyirdi. Zöhrab Sumqayıtda məscid olmadığına görə, öz evini məscid etmişdi. Mən Zöhrabın silah-sursat saxalaya biləcəyini yəqin etmirəm".
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin dünən yaydığı açıqlamada Sumqayıt şəhər sakini, 1978-ci il təvəllüdlü Zöhrab Şıxəliyevin saxlanıldığı və axtarış nəticəsində evindən silah-sursat çıxdığı bildirilib.
Qaynar.info