
Tbilisidə 88 yaşlı “qanuni oğru” Georgi Çikovani vəfat edib.
Rusiya mətbuatının məlumatına görə, kriminal aləmdə uzun illər nüfuz sahibi olan “qanuni oğru” uzun müddət xəstəlikdən əziyyət çəkib. Məlumata görə, sovet hakimiyyətindən qaçaraq, Fransaya sığınan G.Çikovani 1945-ci ildə 19 yaşında saxlanaraq geri qaytarılıb. Pulsuz mindirildiyi Marsel-Murmanks reysi onun həyatında həlledici olub. O, antisovet təbliğatına görə 15 il azadlıqdan məhrum edilib. Daha sonra soyğunçuluq onun həyat fəaliyyətinə çevrilib və buna görə daha 11 il həbsə məhkum olunub.