Xəbər lenti

Qanuni oğru “sxodka”da öldü
Dünya17:40 31.10.2013

Qanuni oğru “sxodka”da öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kriminal  Rusiyanın Krasnodar vilayətinin Armavir şəhərində oğru araşdırmasından sonra erməni “qanuni oğru” Ara Muradyan dünyasını dəyişib.

ANS PRESS “Praym-Kraym”a istinadən bildirir ki, titullu avtoritetlər arasında münasibət müəyyənləşdirilməsi şəhər kafelərindən birində Armavirli “qanuni oğru", Ded Hasan tərəfindən taclandırılmış Ara Muradyanın göstərişi ilə baş verib.

Oğru araşdırmasına düşmən oğru ailəsinə can atan Reziko adlı bir nəfər çağrılıb. Reziko görüşə getməzdən öncə bu barədə dostu qanuni oğru Lexa Zlaka xəbər verib. Kafedə Ara Muradyanın adamları Rezikonu döyüblər. Bu zaman Zlak və dostları - qanuni oğrular Dato və Artyom oraya gəliblər. Nəticədə Ara Muradyan çox pis şəkildə döyülüb və ertəsi gün dünyasını dəyişib.

Rus mətbuatı öldürülən “qanuni oğru”nun Soçidəki Olimpiya tikililərinə nəzarət etdiyini yazır.

Qaynar.info